
Ter Ştegen “Real”la oyuna tam hazırdır
Mark-Andre ter Ştegen “Barselona”nın “Real”la qarşılaşacağı İspaniya kubokunun finalında oynamaq üçün tam sağalıb.
Komanda.az xəbər verir ki, Kataloniya klubunun mətbuat xidməti almaniyalı qapıçının Madrid komandasına qarşı keçiriləcək final matçı üçün heyətə daxil edildiyini açıqlayıb.
Ter Ştegen ötən ilin payızından bəri dizindəki zədə səbəbilə “Barselona”nın heç bir oyununda iştirak etməyib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər uzadılıb və bazar dəyəri 15 milyon avro qiymətləndirilir.
“Barselona” ilə “Real” arasında kubokun final oyunu sabah Sevilya şəhərindəki stadionda keçiriləcək. Oyunun start fiti saat 00:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin