“Barselona” Dembele məsələsində qərarlıdır
“Barselona” mövsümün sonunda klubla müqaviləsi başa çatmaqda olan Osman Dembelenin gedişinin qarşısını almaqda qərarlıdır.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Daha əvvəl PSJ-nin fransalı vingerə 17 milyon avro maaş və imza bonusu ilə müqavilə təklif etdiyi bildirilirdi. Dembele parislilərin təklifinə hələ ki, cavab verməyib.
Məlumatda bildirilir ki, futbolçu üçün prioritet variant “Barsa” ilə daha sərfəli şərtlərlə müqaviləni uzatmaqdır.
Dembele 2017-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2022-ci il 30 iyuna qədər qüvvədədir.
O, bu mövsüm La Liqada 17 oyuna çıxıb, 1 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin