De Yonq müəmması

“Barselona” hələ də yarımmüdafiəçisi Frenki de Yonqun komandada qalıb-qalmayacağına əmin deyil.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi niderlandlı futbolçunun yaxın vaxtlarda komandasını dəyişmək qərarına gələcəyini və transferə hazır olacağını düşünür.

Daha əvvəl bildirilirdi ki, “Bayern” Frenki de Yonqun getməyə hazır olduğu yeganə klubdur.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 45 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button