“Barselona” aparıcı futbolçusunu sata bilər
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq bu yay klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi niderlandlı futbolçuya yeni müqavilə təklif etsə də, o, hələ ki, cavab verməyib. De Yonq müsbət cavab verməsə, klub onu yay transfer pəncərəsində satacaq.
27 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının cari mövsümündə 20 oyun keçirib, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin