
“Barselona” De Yonqla danışıqlara başlayır
“Barselona” rəhbərliyi agentini dəyişən yarımmüdafiəçi Frenki de Yonqla müqavilə müddətini uzatmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu tezliklə Barselonaya qayıdacaq. Qayıtdıqdan dərhal sonra klubun idman direktoru Deku yarımmüdafiəçi ilə müqaviləsinin uzadılması ilə bağlı yeni danışıqlar aparmaq niyyətindədir. Deku və baş məşqçi Hans-Diter Flikin tələb etdiyi De Yonqla müqavilə müddətinin uzadılmasını Kataloniya klubunun prezidenti Xuan Laportanın da dəstəklədiyi vurğulanır.
28 yaşlı futbolçu 2019-cu ildən “Barselona”da çıxış edir. O, son mövsümdə bütün yarışlarda 46 matçda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



