
“Barselona” klubsuz olan futbolçu ilə danışıqlar aparır
Adrien Rabyo Avropanın bir neçə top-klubu tərəfindən izlənilir.
Fransalı futbolçu “Yuventus”u tərk etdikdən sonra hələ də klubsuzdur.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində maraqlı olanlar arasında “Barselona” da var. Tərəflər arasında gedən danışıqların təfərrüatları açıqlanmır.
Rabyo 2019-cu ildə “Yuventus”a keçmişdi. O, bundan əvvəl PSJ-də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin