![](https://komanda.az/wp-content/uploads/2022/10/andres-kristensen1_1664985313.jpg)
“Barselona” danimarkalı futbolçunu satmağa hazırdır
“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu yayda 28 yaşlı futbolçu üçün təklifləri dinləməyə hazırdır.
Danimarkalı oyunçu komandaya azad agent kimi qatıldığı üçün istənilən potensial satış “Barsa” üçün faydalı olacaq.
Kristensen 2022-ci ildə “Çelsi”dən “Barselona”ya keçmişdi. O, İspaniya çempionatının cari mövsümündə cəmi bir oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin