
“Barselona” 17 yaşlı futbolçunun transferini müzakirə edib
“Sportinq”in sağ cinah oyunçusu Geovani Kenda Avropa klublarının hədəfinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 17 yaşlı futbolçunun fəaliyyətində maraqlıdır və yayda onu heyətinə qatmağa çalışacaq. İspaniya klubunun nümayəndələri artıq oyunçunun agenti ilə əlaqə saxlayıb və potensial transferi müzakirə ediblər.
Daha əvvəl “Mançester Yunayted”in futbolçu ilə maraqlandığı bildirilib.
Kenda bu mövsüm 39 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin