“Barselona” daha bir futbolçu ilə müqaviləni yeniləyəcək

“Barselona” əsas oyunçularla müqavilələri yeniləməyə davam edir. Klub qısa müddət əvvəl yarımmüdafiəçi Frenki de Yonqla yeni sözləşmə imzalanacağını elan edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın günlərdə daha bir futbolçu – Erik Qarsiya da “Barselona” ilə yeni müqavilə bağlayacaq. 24 yaşlı müdafiəçinin anlaşmasının müddəti 2030-cu ilə qədər nəzərdə tutulacaq.

İspaniyalı futbolçunun hazırkı sözləşməsinin müddəti gələn ilin ortasında başa çatacaq. O, həm mərkəzdə, həm də cinah müdafiəçisi mövqelərində çıxış edə bilir.

Qarsiya bu mövsüm Hans-Diter Flikin rəhbərliyi altında bütün turnirlərdə 10 oyunda meydana çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button