“Barselona” da onun üçün mübarizəyə qoşuldu

“Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türam “Barselona”nın diqqət mərkəzindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Çelsi” də maraqlanır. Hər iki klub qış transfer pəncərəsində oyunçunun keçidini rəsmiləşdirmək üçün mübarizə aparacaq.

İtaliya təmsilçisi “İnter” də hücumçunun xidmətində maraqlı olan klublar arasındadır. Lakin Milan klubu oyunçunu yayda transfer etməyi düşünür.

Öncədən “böyük beşlik” təmsilçilərindən PSJ (Fransa), “Bayern” (Almaniya) və “Mançester Yunayted”in (İngiltərə) də futbolçunu transfer etmək uğrunda mübarizə apardığı bildirilirdi.

Hücumçunun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Markus Türam bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button