“Barselona” çox güclü komandadır”

“Barselona” La Liqanın 5-ci turunda səfərdə “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Xetafe”nin qapıçısı David Soria oyundan sonra açıqlama verib:

“Barselona”ya uduzanda, onların sürətli əks-hücumlarına qarşı həssas olursan. İkinci qolda da bu, özünü göstərdi. Nəticədə, “Barselona” çox güclü komandadır və bütün turnirlərdə qələbə uğrunda mübarizə aparır. Onlar bu qələbəni tam haqq etdilər”.

“Barselona” hazırda 5 oyundan sonra 13 xal toplayaraq, La Liqada turnir cədvəlinin 2-ci pilləsində, “Xetafe” isə 9 xalla 8-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button