“Barselona” ÇL-dən uzaqlaşdırıla bilər
“Barselona” Çempionlar Liqasından kənarlaşdırıla bilər.
Komanda.az “Die Welt”-ə istinadən xəbər verir ki, potensial sanksiyalara səbəb UEFA-nın maliyyə reqlamentinin pozulmasıdır. Qaydalara görə, klublar xərcləri müvafiq gəlirlə kompensasiya etməlidir.
Böyük məbləğdə borcu olan “Barselona”nın son il üçün hesabatında gələcək televiziya və marketinq hüquqlarının satışından, eləcə də digər idman növlərindən əldə ediləcək yüz milyonlarla avro gəlirin də sənədləşdirdiyi bildirilir. Lakin bunlar UEFA-nın qiymətləndirməsinə təsir göstərmir. UEFA klubun maliyyə hesabatının çox qarışıq olmasından narazıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin