“Espanyol” qələbəni son anda əldən verdi
İspaniya La Liqasında 35-ci tura styrkun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Açılış oyununda “Atletik” “Alaves”lə qarşılaşıb. Bu görüş heç-heçə yekunlaşıb. “Atletiko” isə öz meydanında “Valyadolid”i sınağa çəkib və minimal hesabla qalib gəlib.
Lider “Barselona” “Levante” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu qarşılaşmada qələbə qazanacağı təqdirdə, sonra 3 tur qalmış çempionluğunu rəsmiləşdirəcəkdi. Lionel Messinin vurduğu qol matçda yeganə olub və meydan sahibləri çempionluğu təmin ediblər.
Bazar günü “Valensiya” doğma meydanda “Eybar”a uduzub. “Sevilya” isə səfərdə “Jirona”ya məğlub olub. “Vilyarreal” – “Hueska” matçında heç-heçə qeydə alınıbsa, “Real Sosyedad” “Xetafe”ni məğlub yola salıb. Madrid “Real”ı isə “Rayo Valyekano” ilə səfər oyununda gözlənilməz məğlubiyyətlə üzləşib.
Turun qapanış matçında “Betis” doğma meydanda “Espanyol”la qarşılaşıb. Qonaqlar bu görüşdə qələbəni son anda əldən veriblər.
İspaniya La Liqası, 35-ci tur
27 aprel
Atletik – Alaves 1:1
Qol: Etçebarriya, 41 – Baston, 45.
Atletiko – Valyadolid 1:0
Qol: X.Fernandes, 66-öz qapısına.
Leqanes – Selta 0:0
Barselona – Levante 1:0
Qol: Messi, 62.
28 aprel
Valensiya – Eybar 0:1
Qol: Çarles, 90.
Jirona – Sevilya 1:0
Qol: Portu, 62.
Real Sosyedad – Xetafe 2:1
Qol: V.Xose, 21. Oyarzabal, 53 – Saiz, 89.
Vilyarreal – Hueska 1:1
Qol: Fornals, 30 – Avila, 78.
Rayo Valyekano – Real 1:0
Qol: Embarba, 23-pen.
29 aprel
Betis – Espanyol 1:1
Qol: Feddal, 90 – Darder, 37.
Bombardir: Lionel Messi (Barselona) – 34 qol.
Bizi Facebook-da izləyin