“Barselona” Premyer Liqa klubunun futbolçusunu “qaralayıb”
“Çelsi”nin yarımmüdafiəçisi Karni Çukvuemekanın karyerasını İspaniya çempionatında davam etdirmək imkanı var.
Komanda.az “DeadlineDayLive”-ə istinadən xəbər verir ki, “Barselona” ingiltərəli futbolçunun xidmətində maraqlıdır.
“Çelsi” rəhbərliyi komandada az şans qazandığı üçün yarımmüdafiəçi ilə transfer barədə razılığa gəlməyə ümid edir.
20 yaşlı mərkəz yarımmüdafiəçisi 2022-ci ilin avqustundan “Çelsi”də çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyunun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin