“Barselona” “Çelsi”nin təklifini rədd edib

“Barselona” rəhbərliyi hücumçu Pyer-Emerik Obameyanqı “Çelsi”nin şərtləri ilə buraxılmasına razılaşmır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” Obameyanqın transferində “Çelsi”nin müdafiəçisi Markos Alonsonun danışıqlara daxil edilməsi təklifini rədd edib. “Barsa” londonluların ispaniyalı oyunçusu ilə maraqlansa da, yalnız pul istəyir.

Daha əvvəl bildirilmişdi ki, “zadəganlar” qabonlu forvard üçün 30 milyon avro təklif edir.

Obameyanq 2022-ci ilin yanvarında azad agent kimi “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button