“Barselona” bu ölkədə oyun keçirəcək – tarixində ilk dəfə
İspaniyanın “Barselona” klubu tarixində ilk dəfə Avstraliyada oyun keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Cari mövsüm başa çatandan sonra “Barselona”nın Avstraliyada yoldaşlıq görüşü təşkil olunacaq.
Kataloniya komandası mayın 25-də Avstraliya liqasının ən yaxşı futbolçularından (A-Leagues All Stars) ibarət komandası ilə qarşılaşacaq. Oyun Sidneydəki 80 min tamaşaçı tutumuna malik “Accor” stadionunda keçiriləcək.
Bu, “Barselona”nın Avstraliyada keçirəcəyi ilk oyun olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin