Konte ilə danışdı – “Barselona”dan ayrılmağa razılaşdı

“Barselona”nın müdafiəçisi Kleman Lanqle icarə əsasında “Tottenhem”ə keçəcək.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu London klubuna keçmək istəməsə də, “Tottenhem”in baş məşqçisi Antonio Konte onunla söhbət edib və onu bu keçidə razı salıb. “Barselona” isə futbolçunun maaşını ödəməyə davam edəcək.

Fransalı müdafiəçi ötən mövsüm Kataloniya klubunda 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Lanqlenin “Barselona” ilə müqaviləsi 2026-cı ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button