
1 milyard avroluq futbolçu!
“Barselona” klubu müdafiəçisi Ronald Arauxo ilə müqaviləni yeniləməyə yaxındır.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 23 yaşlı uruqvaylı ilə müqaviləni 2026-cı ilə qədər uzatmağa qərar verib. Yeni müqavilədə Arauxonun transfer qiyməti 1 milyard avro olacaq. Futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacğı gözlənilir.
Arauxo cari mövsümdə “Barselona”nın heyətində 36 matçda 4 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin