“Barselona”dan 3 futbolçuya xəbərdarlıq
“Barselona” bir neçə futbolçuya iyulun 4-də məşqə getməmələri barədə xəbərdarlıq edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, buna səbəb futbolçulara özlərinə yeni klublar axtarmaları üçün əlavə bir həftə istirahət verilməsidir.
Söhbət müdafiəçilər Samuel Umtiti və Oskar Minqesa, eləcə də, komandanın təcrübəli üzvü Jerar Pikedən gedir.
Futbolçuların özləri də bilirlər ki, baş məşqçi Xavi onlarla yola davam etmək istəmir. Amma “Barsa” bu futbolçulara hələ ki, onları transfer edə biləcək potensial müştəri tapa bilmir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin