“Barselona” ərəblərə 100 milyon avroya futbolçu satmaq istəyir
“Barselona”nın vingeri Rafinya Səudiyyə Ərəbistanı klubuna keçə bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunu 100 milyon avroya satmağa hazırdır. Futbolçunun özü isə “Barselona”da qalmaq istəyir.
Braziliyalı futbolçu 2022-ci ilin yayından kataloniyalıların heyətində çıxış edir. O, ötən mövsüm 37 matçda iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin