
“Barselona” braziliyalı hücumçunu transfer edib – Rəsmi
“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Braziliyanın “Atletiko Paranaense” komandasından Vitor Roke transfer olunub.
Onunla müqavilənin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. 18 yaşlı hücumçu 2023/2024 mövsümündə icarə əsasında hazırkı klubunda çıxış edəcək.
Roke bir dəfə Braziliya millisinin də formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin