“Barselona” braziliyalı futbolçusunu satmalıdır – Diası almaq üçün

Hücumçu Luis Dias “Liverpul”dan “Barselona”ya keçə bilər.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, 27 yaşlı kolumbiyalının transferi yalnız bir şərtlə mümkün olacaq: kataloniyalılar Rafinyanı satsa.

“Barsa” braziliyalı futbolçu üçün təxminən 90 milyon avro almağı planlaşdırır.

Dias özü “Barselona” ilə danışıqlar aparmağa hazırdır. Amma “Liverpul” yalnız 75 milyon avro alacağı təqdirdə, hücumçunu buraxmağa hazır olacaq.

Luis Dias 2023/2024 mövsümündə 51 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button