“Barselona” braziliyalı futbolçunu transfer etmək istəyir

Braziliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşin karyerasını İspaniyada davam etdirmək variantı var.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” futbolçunu öz sıralarına cəlb etmək istəyir.

“Nyukasl”ın maliyyə feyr-pleyi ilə bağlı problemləri var, buna görə də, onlar lideri ilə vidalaşa bilər. Gimarayeşin bazar dəyəri 85 milyon avro qiymətləndirilir.

26 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun “Nyukasl”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button