“Barselona” hücumçusunu ərəblərə satmaq istəyir – 40 milyon avroya
“Barselona”nın hücumçu Vitor Rokeni Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna satmağa hazır olacağı məbləğ məlum olub.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Əl-Hilal” 19 yaşlı futbolçunu sonradan almaq öhdəliyi ilə icarəyə götürmək istəyir. Bununla belə, Kataloniya klubu braziliyalı forvardın 40 milyon avroya tam hüquqlu transferində israrlıdır.
Roke ötən mövsüm “Barselona”nın heyətində 16 oyun keçirib və 2 qol vurub. O, bu ilin yanvarından İspaniya klubunun rənglərini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin