“Barselona” hücumçusunu 25 milyon avroya satır

“Barselona”nın hücumçusu Vitor Roke tezliklə “Palmeyras”a satılacaq.

Braziliyalı forvard icarə əsasında “Betis”də oynayır, ancaq görünür, o, dünən seviliyalılar üçün son matçını keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Roke “Palmeyras”a transferini başa çatdırmaq üçün gələn həftənin əvvəlində vətəninə gedəcək. Müqavilə demək olar ki, razılaşdırılıb.

“Barselona” Rokenin satışından təxminən 25 milyon avro qazanacaq – məbləğ iyunun sonuna kimi ödəniləcək. Bundan əlavə, Kataloniya klubu 19 yaşlı forvardın gələcək satışından əldə olunan məbləğin 20 faizini də alacaq.

Roke “Barselona”ya 2024-cü ilin əvvəlində, 30 milyon avroya “Atletiko Paranaense”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button