
“Barselona” belçikalı futbolçunun transferini müzakirə edib
“Mançester Siti”nin vingeri Ceremi Doku “Barselona”nın transfer hədəflərindən biri olaraq qalır.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, kataloniyalıların belçikalı futbolçuya marağı yaxın keçmişdə dəfələrlə bildirilib.
22 yaşlı oyunçunun nümayəndələri artıq “Barselona” rəhbərliyi ilə bir neçə görüş keçirib. Tərəflər yayda baş tuta biləcək potensial transferi müzakirə ediblər.
Doku bu mövsüm “şəhərlilər”in heyətində bütün yarışlarda 24 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin