“Barselona” yarımmüdafiə xəttinə kimi alacağına qərar verib
“Barselona” yarımmüdafiəçi mövqeyinə prioritet namizədlə bağlı qərar verib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barsa” AÇ-2024-də Fransa tərəfindən mübarizədən kənarlaşdırılan Belçika millisinin üzvü Amadu Onanaya üstünlük verib.
“Barselona” “Real Sosyedad”dan Mikel Merino və “Everton”dan Amadu Onana arasında seçim edirdi. Onana üçün 60 milyon avro təzminat ödənməlidir ki, “Barselona” maliyyə problemlərinə görə bu məbləği ödəməkdə çətinlik çəkəcək.
Kataloniya klubu son həftələrdə “Bayern”in futbolçusu Coşua Kimmixlə də əlaqə saxlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin