
“Barselona” “Bayern”in futbolçusu üçün danışıqlar aparıb
“Bayern”in yarımmüdafiəçisi Brayan Saraqosa İspaniya çempionatına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 23 yaşlı futbolçunu öz heyətinə qatmaq istəyir. Kataloniya klubu yarımmüdafiəçinin nümayəndələri ilə ilkin danışıqlar aparıb. Oyunçunun özü də transferə razıdır.
Saraqosanın “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, son mövsümdə “Osasuna”da icarə əsasında çıxış edib və İspaniya çempionatında 27 matçda 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



