
“Barselona”, “Yuventus” və “Çelsi”nin hədəfindəki 18 yaşlı futbolçu
“Barselona”, “Bayer”, “Yuventus” və “Çelsi” “Kopenhagen”in vingeri Roni Bargi ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu “Kopenhagen”in məzunudur və akademiyadan əsas komandaya qədər yüksəlib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bargi bu mövsüm 28 oyun keçirib və 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin