“Barselona” aprel ayına kimi qərar verəcək

“Barselona” rəhbərliyi 2023/24 mövsümünün sonunda baş məşqçisi postunda Xavini əvəzləyəcək mütəxəssis axtarışlarını davam etdirir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xuan Laporta və idman direktoru Deku aprel ayına qədər yeni məşqçi ilə bağlı qərar qəbul etməyi planlaşdırırlar.

Klubun məşqçi siyahısına hazırda “Brayton”a rəhbərlik edən italiyalı Roberto De Zerbi, həmçinin üç alman məşqçi – Hans-Diter Flik, ​​Tomas Tuxel və Yulian Naqelsmann daxildir.

“Barsa” İspaniya çempionatının 26 turundan sonra 57 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button