“Barselona” azarkeşləri son mövsümün ən yaxşı oyununu seçiblər

Son mövsümdə “Barselona” azarkeşlərini tez-tez sevindirməyi bacardı.

Kataloniya klubu daxili turnirlərdə uğurlu çıxış etdi və UEFA Çempionlar Liqasında finala yüksəlməsə də, əsas rollardan birini oynadı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşlərə görə, mövsümün ən yaxşı oyunu məhz bu turnirdə baş tutub. Onlar Çempionlar Liqasının 1/4 final mərhələsində “Benfika”ya qarşı keçirilən və “Barsa”nın 5:4 hesabı ilə qalib gəldiyi görüşü seçiblər. Həmin matç zamanı “Barselona” iki top fərqi ilə geridə idi, ancaq vəziyyəti dəyişərək inamlı qələbə qazanmağa nail oldu.

“Barselona” sonuncu dəfə 2015-ci ildə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button