“Barselona” azarkeşi olmasaz belə, Pedrinin çıxışını bəyənməyə bilməzsiz”

Niderlandlı sabiq futbolçu Ronald de Bur “Barselona”nın yarımmüdafiəçisi Pedrinin çıxışından danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Barselona” azarkeşi olmasaz belə, Pedrinin çıxışını bəyənməyə bilməzsiz. Futbol daha fiziki xarakter alıb, lakin belə oyunçular üçün həmişə yer olacaq”.

22 yaşlı futbolçu La Liqanın son turunda, komandasının 4:1 hesablı qələbəsi ilə başa çatan “Sevilya” ilə matçda məhsuldar ötürmə verib.

De Bur 1999-2001-ci illərdə Kataloniya klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button