“Barselona” Sequndaya göndərilə bilər!
“Barselona” İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham olunur.
Komanda.az “El Debate”-yə istinadən xəbər verir ki, istintaq məhkəməsinin rəhbəri, işə rəhbərlik edən Xoakin Agirre klubdan Neqreyraya 7,5 milyon avro ödənilməsini cinayət hesab edib.
Neqreyranın özü, oğlu, həmçinin, “Barselona”nın keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Rossel rüşvətxorluqda ittiham olunurlar.
Məhkəmənin mövqeyinə görə, heç bir vəzifəli şəxs vəzifəsinin icrasına görə əlavə haqq almamalıdır. Məhkəmə “Barselona”nın günahını sübuta yetirərsə, klub La Liqadan qovularaq, İspaniyanın ikinci divizionu olan Sequndaya göndərilə, həmçinin, avrokuboklarda iştirakdan kənarlaşdırıla bilər.
Bizi Facebook-da izləyin