“Barselona”nın avqustun 1-dək vaxtı var
İspaniya millisinin yarımmüdafiəçisi Niko Uilyams Avropa çempionatı başa çatdıqdan sonra “Atletik”ə qayıdacaq və onlarla mövsümöncəsi hazırlıq keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Uilyamsın gələcək taleyi ilə bağlı məsələ avqustun 1-dək həll olunacaq.
“Barselona” bu futbolçunu transfer etmək istəyir. Kataloniya klubu həmin tarixə qədər ispaniyalı vinger üçün tələb olunan təzminatı ödəməlidir. Əks halda, o, növbəti mövsümdə “Atletik”də qalacaq.
22 yaşlı futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin