“Barselona” ilə “Atletiko” razılaşdı
“Barselona” və “Atletiko” fransalı hücumçu Antuan Qrizmannın daimi əsaslarla Madrid klubuna transferi ilə bağlı razılığa gəliblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” “Atletiko”nun Qrizmanna görə 20 milyon avro ödəyəcəyi ilə bağlı razılığa gəlib.
Daha əvvəl 31 yaşlı fransalı forvard “hindular”ın heyətində əksər matçlarda ehtiyat oyunçular skamyasında qalırdı, meydana əsasən 60-cı dəqiqədən sonra daxil olurdu.
Qrizmann “Barselona”dan “Atletiko”ya icarə əsasında keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin