“Barselona” onun üçün 15 milyon avro təklif etdi
“Barselona” “Atletik”in müdafiəçisi İniqo Martinez üçün ilk təklifini edib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klub 32 yaşlı futbolçu üçün 15 milyon avro təklif edib. Xəbərdə bildirilir ki, Bask klubu bu təklifdən imtina edəcək və Martinezi 2023-cü ilin yayında başa çatacaq müqaviləni uzatmağa razı salmağa çalışacaq.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” bir ildən sonra Martinezi azad agent kimi almağa hazırdır və “Sevilya”dan Jül Kundeni aldığı üçün onun transferindən imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin