
“Barselona”nın Asiya turu üçün heyəti açıqlanıb
“Barselona” mövsümöncəsi Asiya turu üçün 30 futbolçudan ibarət heyəti açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya yayda yeni gələnlər – Markus Reşford və qapıçı Xuan Qarsiya daxildir.
Heyətdə olmayan futbolçulardan biri Mark-Andre ter Ştegendir. Almaniyalı qapıçı belindən əməliyyat olunacağı üçün toplanışı buraxacaq. Onun sağalma vaxtı barədə məlumat yoxdur.
O da məlum olub ki, “Vissel Kobe” ilə əvvəllər ləğv edilmiş yoxlama görüşü də baş tutacaq. Komandalar iyulun 27-də Yaponiyada üz-üzə gələcək.
Bundan sonra “Barsa” Asiya turunu Cənubi Koreyada davam etdirəcək, burada “Seul” (31 iyul) və “Daequ” (4 avqust) komandaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin