“Barselona” Uilyamsın transferindən imtina edib

“Atletik”in vingeri Niko Uilyams artıq “Barselona”nın transfer hədəfi deyil.

Kataloniyalılar keçən yay ispaniyalı futbolçunun transferini təmin etməyə çalışsa da, bu, baş tutmadı. Uilyams Bilbao komandasında qalmaq qərarına gəldi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, cari mövsümdə dəfələrlə bildirildiyi kimi, “Barsa” qarşıdan gələn mövsümlərarası fasilədə 22 yaşlı oyunçu ilə yenidən danışıqlar aparmağa hazır idi, ancaq indi başqa məlumatlar ortaya çıxıb.

Belə ki, “Barselona” artıq Uilyamsı düşünmür. Çünki klub artıq Uilyams olmadan da “gəminin üzdüyünü” hesab edir. “Arsenal” və “Çelsi” son vaxtlar İspaniya millisinin üzvü uğrunda yarışın favoritləri sayılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button