Ya yeni müqavilə bağlamalıdır, ya da satılacaq

“Barselona”nın müdafiəçisi Ronald Arauxo gələn yay komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu müqaviləsini gələn ilin iyun ayına qədər uzatmasa, “Barsa” rəhbərliyi onu transfer bazarına çıxaracaq.

Arauxo bir neçə ay əvvəl “Barselona”nın yeni müqavilə təklifinə hələ də cavab verməyib. O, Kataloniya klubu ilə nüfuzlu titullar uğrunda mübarizə apara biləcəyinə şübhə edir. Buna görə də, yeni müqavilə imzalamağa tələsmir.

25 yaşlı müdafiəçinin xidmətində daha əvvəl “Bayern” maraqlı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button