“Barselona” Arauxo ilə şərt kəsib
“Barselona”da Hans-Diter Flikin rəhbərlik etdiyi məşqçilər heyəti müdafiəçi Ronald Arauxoya güvənir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, baş məşqçi klub rəhbərliyi ilə müdafiəçinin toxunulmaz qalması ilə bağlı razılığa gəlib, çünki Flik ona ümid bəsləyir.
Rəhbərlik və futbolçunun özü ona 100 milyon avro və ya daha çox təklif ediləcəyi təqdirdə, klubdan ayrılacağı şərtiylə razılaşıb.
Uruqvaylı müdafiəçi ilə “Çelsi”, “Yuventus” və “Mançester Yunayted”in maraqlandığı bildirilir.
25 yaşlı futbolçu 2020-ci ildən “Barselona” çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin