“Barselona” gələn həftə görüş keçirəcək – Arauxo üçün

“Barselona” ispaniyalı yarımmüdafiəçilər Qavi və Pedrinin klubla 2026-cı ilin yayında başa çatacaq müqavilələrini uzadacağına əmindir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu mərkəz müdafiəçisi Ronald Arauxo ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlarda çətinlik çəkir.

Qavi və Pedri yeni müqavilə imzalamaq istədiklərini bildirsələr də, Arauxo bir neçə ay əvvəl “Barsa”dan aldığı təklifə hələ də cavab verməyib.

Hər iki tərəfin nümayəndələri gələn həftə görüş keçirməyi planlaşdırır. Kataloniyalılar 25 yaşlı uruqvaylı futbolçudan müsbət cavab gözləyir. Onun da “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button