“Barselona” ABŞ şirkəti ilə yeni müqaviləni müzakirə edir
“Barselona” idman avadanlıqları istehsalçısı – Amerikanın “Nike” şirkəti ilə yeni müqavilə bağlaya bilər.
Komanda.az xəbər verir bu barədə “Barca Universal” nəşri məlumat yayıb.
Tərəflər 10 il davam edəcək uzunmüddətli sazişi müzakirə edirlər. Müqavilənin şərtlərinə görə, “Barsa” sponsordan ildə 90 milyon avro alacaq. Hazırkı müqaviləyə əsasən, kataloniyalılar illik 35 milyon avro qazanır. “Barselona” 1998-ci ildən amerikalılarla əməkdaşlıq edir.
Hans-Diter Flikin yetirmələri İspaniya çempionatının yeni mövsümünə 2 qələbə ilə başlayıb. Kataloniya klubu “Valensiya” və “Atletik” komandalarını 2:1 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin