“Barselona” Alonsonu qeydiyyatdan keçirməyib
“Barselona”nın müdafiəçisi Markos Alonso 2023/24 mövsümündə İspaniya çempionatında forma geyinəcəyinə əmindir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, lakin Kataloniya təmsilçisi La Liqada cari mövsüm üçün Alonsonu hələ qeydiyyatdan keçirməyib.
İspaniyalı futbolçu baş məşqçi Xavidən razıdır. O, kluba güvənir və özünə yeni komanda axtarmaq barədə düşünmür.
32 yaşlı futbolçu ötən ilin yayında azad agent kimi “Çelsi”dən “Barsa”ya keçib. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Alonso 2022/23 mövsümündə 24 oyuna çıxıb və bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin