“Barselona” Alonso məsələsini həll edib
“Barselona” “Çelsi”nin müdafiəçisi Markos Alonso ilə müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftədən klublar arasında 31 yaşlı ispaniyalının transferi ilə bağlı prinsipial razılıq var. Müdafiəçi Kataloniya klubu ilə 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Alonso ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 46 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin