“Barselona” alman məşqçiyə “hə” deməyə tələsmir

“Bayern”in keçmiş baş məşqçisi Hans-Diter Flik “Barselona”da işləməyi səbirsizliklə gözləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən Xavinin potensial xələfləri siyahısındadır.

Hans-Diter Flik Kataloniya nəhənginin rəhbərliyindən öz mövqeyini dəqiq müəyyənləşdirməsini istəyir. O, yaxın illərdə gələcək üçün planlar qurmağa başlamaq niyyətindədir. Bununla belə, “Barselona” Fliki prioritet variant hesab etməyərək, ona zəmanət verməyə tələsmir.

59 yaşlı çalışdırıcının son iş yeri 2021-23-cü illərdə çalışdırdığı Almaniya millisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button