“Barselona” 60 milyon avroya yarımmüdafiəçi ala bilər
“Barselona” orta xətti İspaniya millisinin və “Vilyarreal”ın yarımmüdafiəçisi Aleks Baena ilə gücləndirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Kataloniya klubunun rəhbərliyi ispaniyalı futbolçu üçün 60 milyon avro məbləğində pul ödəyə bilər.
Baena “Vilyarreal”ın yetirməsidir. Onun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
23 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının cari mövsümündə 8 matçda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin