“Barselona”da 6 futbolçudan başqa, hamı satıla bilər!
İspaniyanın “Barselona” klubu yay transfer pəncərəsi dövründə komandadan ayrıla biləcək futbolçuları müəyyənləşdirib.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu 6 futbolçusu istisna olmaqla, digər üzvləri üçün gələcək təklifləri dəyərləndirəcək. Katalonlar Lionel Messi, Ansu Fati, Mark-Andre Ter Ştegen, Jerar Pike, Frenki de Yonq və Antuan Qrizmannın komandadan ayrılması ilə razılaşmayacaq.
Məlumata görə, digər bütün futbolçular satıla biləcəklərini bilirlər. Onlardan hansısa Lautaro Martinesin və ya Miralem Pyaniçin transfer danışıqlarına daxil edilə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin