
“Barselona” 5 müdafiəçini nəzərdən keçirir
“Barselona” yay transfer pəncərəsində komandadan ayrılan İniqo Martinesin yerinə yeni müdafiəçi axtarır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun potensial transfer siyahısında 5 müdafiəçi var. Klub bu oyunçuları nəzərdən keçirir: “Borussiya”dan (Dortmund) Niko Şlotterbek, “Kristal Pelas”dan Mark Quehi, “Bayern”dən Dayo Upamekano, “Sportinq”dən Qonsalo İnasio və “Nant”ın futbolçusu Taylel Tati.
“Barselona” İspaniya La Liqasının 12 oyunundan sonra 28 xalla turnir cədvəlində 2-ci yerdədir. Komanda lider “Real”dan 3 xal geridədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



