
“Barselona” 35 milyona futbolçu aldı – Rəsmi
“Barselona” heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Valensiya”dan Netonu transfer edib. 30 yaşlı qapıçı ilə 2022/23 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
“Barselona” braziliyalı futbolçu üçün “Valensiya”ya bonuslarla birlikdə 35 milyon avro ödəyəcək. Netonun sərbəstqalma məbləği isə 200 milyon avro olaraq müəyyənləşdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin