“Barselona” 32 yaşlı forvardı istəyir
“Jirona”nın forvardı Kristian Stuani karyerasını “Barselona”da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Stuaninin klubuyla 2020-ci ilə qədər müqaviləsi var. Uruqvaylı hücumçunun transfer məbləği 15 milyon avrodur.
Stuani cari mövsümdə 17 qarşılaşmada iştirak edərək, 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin